Monteneqroda 3 günlük matəm elan edildi

Monteneqroda 3 günlük matəm elan edildi

Monteneqronun keçmiş paytaxtı Çetinye şəhərində törədilmiş qətliamla əlaqədar bu ölkədə matəm elan edilib.

 

Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Monteneqro hökuməti hadisə ilə əlaqədar fövqəladə onlayn iclas keçirib.

 

İclasdan sonra 2, 3 və 4 yanvar tarixlərinin ölkədə matəm elan edildiyi bildirilib.

 

Ölkənin Baş naziri Miloyko Spayiç tibb mərkəzindən televiziya ilə canlı çıxış edərək hadisəni “dəhşətli faciə” adlandırıb.

 

Qeyd edək ki, ilkin araşdırmalardan sonra qətliamda şübhəli bilinən şəxsin keçmişdə qanunsuz silah saxlamağa görə saxlanılan 45 yaşlı Atso Martinoviç olması müəyyənləşib. Hadisədən sonra o özünü də güllələyib.

 

Məlum olub ki, A.Martinoviç barda mübahisə etdikdən sonra evinə gedərək silah götürüb. O, geri qayıdaraq bar sahibini və həmin şəxsin ailə üzvlərini güllələyib. Həmçinin küçədə digər şəxslərə də atəş açıb.  

 

Hadisə nəticəsində A.Martinoviç daxil 12 nəfər həlak olub.


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...