Sabirabadda ağır qəza - Ölən və xəsarət alan var

Sabirabadda ağır qəza - Ölən və xəsarət alan var
Kateqoriya məlum deyil
T

Sabirabadda minik avtomobili maneəyə çırpılıb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.

 

“VAZ 2107” markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəhimov Rəşad Rafayıl oğlu hadisə yerində ölüb.

 

Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Baxışlı Sahib Sədulla oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR