Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları xəstəxanadan buraxıldı

Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları xəstəxanadan buraxıldı

Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan altı nəfərin stasionar müalicəsi davam edir. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Üç nəfər səhhətinin yaxşılaşması səbəbindən xəstəxanadan buraxılıb.

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.

 

"Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan üç Rusiya vətəndaşı səhhətlərinin yaxşılaşması səbəbindən xəstəxanadan buraxılıb. Altı nəfərin stasionar müalicəsi davam edir. Onlardan üçünün vəziyyəti ağır olaraq qalır, digər üç nəfərin, o cümlədən bir uşağın vəziyyəti orta ağırdır. Xəstələr bütün zəruri müalicəni alırlar", - A.Kuznetsov qeyd edib.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

 

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

 

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

 

Eyni zamanda, Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

 

Dövlət başçısı, həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

 

İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Suriya potensial layihələri müzakirə etdi - FOTO

Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov &q...

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...