Azərbaycanda daha bir ana ölümü - Doğuşdan sonra - YENİLƏNİB

Azərbaycanda daha bir ana ölümü - Doğuşdan sonra - YENİLƏNİB
17:37

Səhiyyə Nazirliyi Biləsuvarda baş vermiş ana ölümünə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, nazirlikdən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zahılıq dövrünün 34-cü günündə Biləsuvar rayonunda məskunlaşmış Cəlilabad rayon sakini Fehruzova Amidə Füzuli qızı göndərişlə Respublika Klinik Xəstəxanasına 10 yanvar 2017-ci il tarixində daxil olub və həyata keçirilən müalicə tədbirlərinə baxmayaraq 11 yanvar 2017-ci il tarixində dünyasını dəyişib. 

Hadisə Səhiyyə Nazirliyinin "Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiya" tərəfindən araşdırılır.

----------

15:43

Biləsuvarda ana doğuşdan sonra dünyasını dəyişib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, rayonun Zəhmətabad kənd sakini, 1993-cü il təvəllüdlü Amidə Füzuli qızı Arzumanlı doğum şöbəsinə gətirilib.
 
İlkin məlumata görə, oğlan uşağı dünya gətirən ana doğuşdan sonra dünyasını dəyişib.
 
Körpənin durumunun yaxşı olduğu bildirilir.
 
Faktla bağlı Biləsuvar Rayon Prokrorluğunda araşdırma aparılır.  

OXŞAR XƏBƏRLƏR