ƏDV yolu ilə milyon qazanan dəstə TUTULDU

ƏDV yolu ilə milyon qazanan dəstə TUTULDU

Mütəşəkkil dəstə şəklində fəaliyyət göstərən bir neçə şəxs tərəfindən qanunusuz yollarla çoxsaylı ƏDV köçürmə əməliyyatları aparılıb.


Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 


Bildirilib ki, daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb:


“İstintaqla mütəşəkkil dəstə üzvləri - Əliyev Rasim Serqey oğlu, Bağırov Rəşad Füzuli oğlu, Yunin Aleksey Sergeyeviç, Tağıyev Rəşad Gündüz oğlu, Lətifov Müşviq Niymət oğlu və İsmayılzadə Cavid İsrafil oğlunun 2023-2024-cü illər ərzində müxtəlif sahibkarlıq subyektləri barədə məlumatları və nəzarət-kassa aparatlarını qanunsuz yolla ələ keçirdikdən sonra istifadə edib yaymalarına, əmtəəsiz əməliyyatlar edərək ayrı-ayrı şəxslərin adlarına “ƏDV geri al” portalları açılması yolu ilə həmin portallara gizli yolla köçürdükləri ümumilikdə 1 milyon 120 min manatdan artıq pul vəsaitini talamalarına, bu üsulla da əldə edilmiş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatları etməklə törədilən cinayətdən xəbərsiz digər şəxslərin bank kartlarına köçürərək leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib”.


Qurumdan qeyd olunub ki, toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) və digər maddələri ilə yekun ittiham elan edilib.


“İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə Rasim Əliyev, Aleksey Yunin və Müşviq Lətifov barəsində həbs, Rəşad Bağırov, Rəşad Tağıyev və Cavid İsmayılzadə barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, - prokurorluq əlavə edib.


Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Suriya potensial layihələri müzakirə etdi - FOTO

Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov &q...

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...