Qəza ilə bağlı SON MƏLUMATLAR

Qəza ilə bağlı SON MƏLUMATLAR

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Aktau şəhəri yaxınlığındakı təyyarə qəzası yerində hökumət komissiyasının işi barədə Baş nazir Oljas Bektenova məlumat verib.

 

Sfera.az bildirir ki, bu barədə Kazinform İnformasiya Agentliyi məlumat yayıb. Qeyd olunub ki, xilasetmə xidmətləri axtarış işlərini yekunlaşdırıb. 

 

“Çərşənbə günü, dekabrın 25-də Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Sağ qalan 29 nəfər xəstəxanaya yerləşdirilib, onların hamısı müalicə olunur”, - K.Bozumbayev deyib. 

 

Məlumata görə, Təcili Tibbi Yardım Milli Koordinasiya Mərkəzinin və Qazaxıstanın aparıcı respublika mərkəzlərinin yüksək ixtisaslı mütəxəssisləri Aktauya gəliblər. Eyni zamanda, Rusiya Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin xüsusi təyyarəsi, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloqları, həkimləri və xilasedicilərindən ibarət qrup “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından dərhal sonra Aktau şəhərinə yola salınıb.

 

“Bu gün Rusiyanın təcili tibbi yardım təyyarəsi təyyarə qəzasında yaralanan 9 rusiyalını Moskvaya yola salmaq üçün Aktauya gəlib”, - baş nazir müavini qeyd edib.

 

Qazaxıstan Baş naziri isə həlak olanların ailələrinə başsağlığı verib. Onun sözlərinə görə, hökumət və səlahiyyətli orqanlar xəsarət alanlara və təyyarə qəzasında həlak olanların ailələrinə lazımi yardım göstərir.

 

Bundan başqa, Bektenov iştirak edənlərə uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlər görməyi tapşırıb. O, hava limanlarının və təyyarələrin gözlənilmədən texniki baxışının keçirilməsinin, həmçinin texniki vəziyyətinin nəzarətə götürülməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki,  çərşənbə günü səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Hər üç Qırğızıstan vətəndaşı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan yeddisi ölüb, doqquzu sağ qalıb. Altı Qazaxıstan vətəndaşının hamısı həlak olub. 

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Suriya potensial layihələri müzakirə etdi - FOTO

Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov &q...

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...