Rusiya XİN-dən qəza ilə bağlı AÇIQLAMA

Rusiya XİN-dən qəza ilə bağlı AÇIQLAMA

“Rusiyanın Qazaxıstandakı Səfirliyi Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı respublikanın hakimiyyət orqanları ilə əlaqə saxlayır”.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

 

Onun sözlərinə görə, qəzada həlak olanların yaxınları Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin “qaynar xətti” ilə əlaqə saxlaya bilərlər.

 

Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

 

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


OXŞAR XƏBƏRLƏR