Logo

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən şəxslər dekabrın 24-də paytaxtda baş tutacaq toy məclisi üçün Bakıya gəlirmiş.

Onlar toyu olacaq gəlinin bibiləri imiş. Hadisə ilə əlaqədar nəzərdə tutulmuş toy məclisi təxirə salınıb.

Qeyd edək ki, Bakı-Qazax magistralının 17-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında yerləşən maneəyə çırpılıb. Nəticədə maşında olan 3 nəfər - 1960-cı il təvəllüdlü Əliyeva Xatun Tofiq qızı, 1964-cü il təvəllüdlü Əliyev Akif Əlisamid oğlu və 1967-ci il təvəllüdlü Əliyeva Lətafət Tofiq qızı dünyasını dəyişib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR