İki motosiklet sürücüsü qəzada ÖLDÜ

İki motosiklet sürücüsü qəzada ÖLDÜ

Dünən Neftçalada ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, rayonun Sarıqamış kəndi ərazisində 1961-ci il təvəllüdlü Hüseynov Məzahim Səftər oğlunun idarə etdiyi “İj-Planet 5” markalı motosiklet aşıb. İdarəetmdən çıxaraq yol kənarına aşan motosikletin sürücüsü aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

 

Ötən gün Qazaxda da motosikletçinin ölümü ilə nəticələnən hadisə baş verib. Rayonun Canallı kənd sakini 1963-cü il təvəllüdlü Hacıməmmədov Elşad Əmirastan oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan Ağstafa rayonu Saloğlu qəsəbə sakini 2005-ci il təvəllüdlü Sadıxzadə Ruhin Veyis oğlunun idarə etdiyi “İJ Planeta 5” markalı motosiklet toqquşub. Nəticədə motosikletin 19 yaşlı sürücüsü R.Sadıxzadə hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...