Logo

Bakıda evdən 10 min manatlıq oğurluq oldu

Bakıda evdən 10 min manatlıq oğurluq oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

Polisə müraciət edən zərərçəkmiş dekabrın 16-da evindən 10.000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR