Logo

Vətən müharibəsi qazisi qəzada həlak oldu- FOTO

Vətən müharibəsi qazisi qəzada həlak oldu- FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vətən müharibəsi iştirakçısı, qazi Haxoy Hacıyev avtomobil qəzasında həlak olub.

Sfera.az-ın məlumatına görə, hadisə Göygöl rayonunun Çaykənd kəndi ərazisində qeydə alınıb.

“Niva” markalı avtomobilin aşması nəticəsində 1997-ci il təvəllüdlü Hacıyev Haxoy Əlaslan oğlu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, H.Hacıyev Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib və “Vətən uğrunda”, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunmuşdu.

Onu da əlavə edək ki, H.Hacıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin görüşdüyü qazilərdən biri idi.(Qafqazinfo)

Vətən müharibəsi qazisi qəzada həlak oldu- FOTO
Vətən müharibəsi qazisi qəzada həlak oldu- FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR