Biləsuvarda avtomobil qəzası daha bir insidentlə yadda qaldı


Biləsuvarda avtomobil qəzası daha bir insidentlə yadda qaldı

Biləsuvarda baş verən ağır yol-nəqliyyat qəzası daha bir insidentlə yadda qalıb.

 

Gundem.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
 

Qəza zamanı bir yük maşını dərəyə düşüb, digər avtomobildə olan Nadir və Əfqan adlı iki qardaş isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qəza zamanı hadisə yerindən keçən başqa bir yük maşınının sürücüsü kömək məqsədilə dayanaraq dərəyə enib. Bu vaxt yaralıların üçüncü qardaşı hadisə yerinə çatıb və bu şəxsi qəzanı törədən yük maşınının sürücüsü zənn edərək onu boyun nahiyəsindən bıçaqlayıb.

 

Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...