Bakıda qadın xidmətçi işlədiyi evdən oğurluq etdi

Bakıda qadın xidmətçi işlədiyi evdən oğurluq etdi
Kateqoriya məlum deyil
T

Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq olub.

 

Sfera.az xəbər verir ki, polisə müraciət edən ev sahibi dekabrın 7-də evdən pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

 

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən həmin evdə xidmətçi işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı qadın saxlanılıb.

 

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR