Sumqayıtda partlayışda xəsarət alanlardan daha biri vəfat etdi

Sumqayıtda partlayışda xəsarət alanlardan daha biri vəfat etdi
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.

Sfera.az-ın məlumatına görə, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev ölüb.

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.  (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR