Azərbaycanda gəlin karvanında qəza olub, xəsarət alanlar var

Azərbaycanda gəlin karvanında qəza olub, xəsarət alanlar var

Gəlin aparan avtomobil karvanındakı maşınlardan biri qəzaya düşüb, iki nəfər xəsarət alıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 21-ci kilometrliyində, Şəki rayonu ərazisndən keçən hissəsində baş verib.

Mingəçevir şəhərindən Şəkinin Kiçik Dəhnə kəndinə gəlin aparan avtomobil karvanında olan və rayonun Kiçik Dəhnə kənd sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Uğurəliyev iradə etdiyi "Mersedes" markalı 10 LZ 180 dövlət nömrə nişanlı maşının idaetməsini itirərək aşırıb. Qəzadan sonra sürücü M. Uğurəliyev xəsarət almasa da, maşında olan sərnişinlər, onun həmkəndliləri 1988-ci il təvəllüdlü Xəzri İntizam oğlu Sədrəddinov və 1988-ci il təvəllüdlü Yusif Elxan oğlu Yusifzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
 
Şəki MRX-dan bildirilib ki, yaralılardan X. Sədrəddinovun vəziyyəti qismən ağır olduğu üçün reanimasiya şöbəsinə, Y. Yusifzadə isə cərrahiyə şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...