Bank vətəndaşın evini ikiqat aşağı qiymətə satmaq istəyir

Bank vətəndaşın evini ikiqat aşağı qiymətə satmaq istəyir

Vətəndaşlardan biri bankın daxili ipotekası ilə ev alıb. Əvvəlcə ödənişləri vaxtlı-vaxtında ödəyib. Amma sonradan maliyyə problemləri yarandığından vətəndaş pulu  ödəməkdə  çətinlik çəkib. Gecikmə  olduğuna  görə  bank həmin mənzili dəfələrlə ucuz qiymətə satmağa çalışır. Hüquqşünaslar isə  bildirir ki,bankın bu  addımı ciddi  qanun pozuntusudur. Hazırda Bakı sakini çıxılmaz vəziyyətlə üz-üzə qalıb.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, bu məsələ girovda olan əmlakın qiymətləndirilməsi məsələsini gündəmə gətirir.

Hüquqşünas Anar Ramazanov deyir ki, mənzil real bazar dəyərinə uyğun qiymətləndirilməlidir. Evin ilkin və sonrakı qiymətləndirilməsi zamanı qiymət fərqi ola bilər. Amma bu fərqin 50 faiz olması qeyri-realdır. Belə olan məqamda bankların hansısa neqativ təsiri ehtimalı ortaya çıxır.

Evin qiymətindən narazı  qalan şəxslər məhkəməyə müraciət edə bilərlər. Çünki bu addım onlara əlavə üstünlük qazandırır.

Ona görə belə  halla  üzləşən vətəndaşlar  bu hüquqlarından da  istifadə edə  bilərlər.


OXŞAR XƏBƏRLƏR