"Svetofor"un yaşıl işığında son anda keçən maşınların QƏZA VİDEOLARI - XƏBƏRDARLIQ!
Paytaxt yollarında bəzi sürücülər işıqforun qırmızı işığının tələbinə məhəl qoymurlar.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, sözügedən sürücülər həm qayda pozuntusuna yol verirlər, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar:
“Bəzən ölüm və xəsarətlə nəticələnən bu cür yol-nəqliyyat hadisələri onların ani diqqətsizlik və səbrsizlik göstərməsi nəticəsində olur. İşıqforun yaşıl işığının bitməsinə 1 saniyə qalmış sürəti daha da artırıb yollarına davam etmək istəyən belə sürücülər özlərinin və digərlərinin həyatını təhlükə altında qoyurlar”.
Qurum qeydə alınan bəzi hadisələrin görüntülərini də bölüşüb:
“Ümid edirik ki, müşahidə kameralarına düşən bu videolardan sürücülər nəticə çıxarar və "svetofor"un qadağanedici işarəsindən keçməyin nə qədər təhlükəli olduğunu görmüş olarlar. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən "svetofor"un və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə sürücülər barəsində 100 manat və 3 cərimə balı tətbiq edilir”.
Günay