Dəmiryol xəttində daha bir qəza: xəsarət alanlar var

Dəmiryol xəttində daha bir qəza: xəsarət alanlar var

Bakıda sürücü diqqətsizliyi növbəti dəfə dəmiryol xəttində qəzaya səbəb olub.

 

Bu barədə Sfera.az-a ADY-dən bildirilib.

 

Qeyd olunub ki, bu gün saat 02:30-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

 

İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar, yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır: "Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar"


OXŞAR XƏBƏRLƏR

Putindən ABŞ və Qərb dövlətlərinə XƏBƏRDARLIQ

ABŞ və onun NATO müttəfiqləri Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirdilər.   Sfera.az xə...

Türkiyədən COP29-a necə nəfər gəlib? - Nazir AÇIQLADI

“COP29 başladığı gündən Azərbaycandayıq. Türkiyə Prezident, nazirlər, millət vəkilləri səviyyəsində, həmçinin universitetlərdən, vətəndaş cəmiyyəti nümayə...

Özünü anası kimi göstərən qadın həbs edilib - FOTO

Florida sakini, 44 yaşlı Veronika Torres şəhərin fəlakətlərə yardım proqramına müraciət etmək üçün anasının adından, sürücülük vəsiqəsi və Sosial Müdafiə məluma...

“Bakıda COP29 mükəmməl təşkil olunub” - Zaxarova

“Bakıda noyabrın 11-dən etibarən keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mükəmmə...

800 illik vulkan püskürüb: Yerdə bir neçə kilometrlik çat əmələ gəlib

İslandiyanın paytaxtı Reykyavik yaxınlığındakı Reykjanes yarımadasında son üç ildə onuncu dəfə vulkan püskürüb.   Sfera.az bildirir ki, vulkan 800 il...

Oğurlananlar qaytarılmalı və ya əvəzi ödənilməlidir - VİDEO

"Başqalarının əşyalarını oğurlaya bilməzsiniz. Oğurlasan belə, cəzasız qala bilməzsən".   Sfera.az xəbər verir ki, bu fikirlər "Calibe...