Bakıda 25 yaşlı gəncə xəsarət yetirilib, şübhəli şəxsin axtarışları aparılır
23:40 / 20.10.2024
6260
Bakıda 25 yaşlı gəncə xəsarət yetirilib, şübhəli şəxsin axtarışları aparılır.
Sfera.az xəbər verir ki, oktyabrın 20-də günorta saatlarında paytaxtın Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Ş.Nəbiyevə kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.