Zaqatalada ikiotaqlı ev yanaraq külə döndü

Zaqatalada ikiotaqlı ev yanaraq külə döndü
Kateqoriya məlum deyil
T

Yanğın hadisəsi axşam saatlarında Zaqatala rayonunun Aşağı Tala kəndində baş verib.

 

FHN-in Zaqatala Dövlət Yanğından Mühafizə hissəsindən Sfera.az-a verilən məlumata əsasən, kənd sakini Abdulla Əzizova məxsus ümumi sahəsi 90 kvadratmetr olan ikiotaqlı birmərtəbəli fərdi yaşayış evi yanıb.

 

Hadisə yerinə rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

 

Yanğınsöndürənlərin səyinə baxmayaraq, evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

 

Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR