Hacıqabulda 500-dən çox ev su altında qaldı

Hacıqabulda 500-dən çox ev su altında qaldı

Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir. İki-üç günə suların təmizlənməsi problemi həll olunacaq.

 

Sfera.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Report-a Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.

 

Onun sözlərinə görə, dünən səhər saatlarında başlanan leysan yağışlar nəticəsində 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş FHN-nin əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb.

 

Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb.

 

"Hesab edirəm ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar", -icra başçısı bildirib.


OXŞAR XƏBƏRLƏR

Yeni virusa yoluxanların sayı sürətlə ARTIR - Bu şəxslər diqqətli olsun!

  ABŞ-də “Listeria” bakteriyasına yoluxma halları artıb.   Sfera.az bildirir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını...

Prezidentdən hərbi xidmətlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hər...

İlham Əliyev bu şəxsləri TƏLTİF ETDİ - SƏRƏNCAM

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan bir qrup şəxs təltif edilib.   Sfera.az xəbər verir ki, bu bar...

Nazirlər Kabineti nümayəndəlik xərcləri barədə QƏRAR VERDİ

Nazirlər Kabineti “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan iş...

Putindən Qərbə növbəti GÖZDAĞI: “Avropadakı bütün hədəflər vurula bilər”

Putin Rusiyanın Ukraynadakı hərbi obyektə hücum zamanı nüvəsiz hipersəs “Oreşnik” raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb.   S...

“AzərEnerji”: COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib

"AzərEnerji" ASC COP29-un və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün üzərinə düş...