Yenə toy karvanı, yenə faciə... - FOTO

Yenə toy karvanı, yenə faciə... - FOTO

Ötən gün Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, BMW markalı gəlin maşınının toy karvanında iştirak edən “VAZ-21015” markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağa ölüb.

 

Ə.Xudiyev gəlini gətirməyə gedən gəlin maşınında yer alıbmış. Bu avtomobili idarə edən isə bəyin özü - Toğrul Əzizov olub.

 

Qeyd edək ki, son vaxtlarda toy karvanlarında tez-tez qəzalar baş verir. Son dönəmlərdə bunlardan ən ağırı ötən ay Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda baş vermiş, qəza nəticəsində 5 nəfər ölmüşdü.

 

Baş DYP İdarəsi də toy karvanları ilə bağlı sürücülərə müraciət etsə də, təəssüf ki, bəziləri məsələyə məsuliyyətsiz yanaşır. İnsan həyatının heçə sayılmasının nəticəsində dəfələrlə toylar yasa dönüb.

 



OXŞAR XƏBƏRLƏR

Millət vəkili Salyanda seçiciləri ilə görüşdü

Milli Məclisin deputatı Günay Ağamalının 12 oktyabr 2024-cü il ildə Salyan rayonunda seçicilərlə növbəti görüşü keçirilib.    Sfera.az xəbər ver...

Ərdoğanın ad günündə Putinə nə hədiyyə etdiyi məlum oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə doğum günü şərəfinə gözəl vaza hədiyyə edib.   Sfera.az "Report”a...

Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ: Ziyanvericilər hər yerə daraşıb

Qəhvəyi mərmər bağacığı adlı böcəklər ölkəmizin bir çox yerlərində yayılaraq təhlükə mənbəyinə çevrilib. Onlar xüsusən Gürcüstanla həmsərhəd ərazilərdə yayıl...

Azərbaycanda yağış yağacaq, güclü külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xi...

Bakıda yanğın - məktəb binası....

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə yanıb.   Fövqəladə Hallar...

Şöhrət Məmmədovun toyu olacaq - gələcək həyat yoldaşı...

Məşhur müğənni və bəstəkar Şöhrət Məmmədovun tezliklə toyu baş tutacaq.   Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə lent.az-a müğənni...