Salyanda avtomobil kanala aşdı, sürücü öldü

Hadisə
20:08 / 08.10.2024
8282
Salyanda avtomobil kanala aşıb, sürücü ölüb.
Sfera.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Yenikənd kəndi ərazisində baş verib. Salyan sakini, 38 yaşlı Ruslan Nəcəfov idarə etdiyi "VAZ 21015" markalı avtomobildə idarəetməni itirib və maşın kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(APA)