Lənkəranda 31 yaşlı usta faciəli şəkildə ÖLDÜ

13:36 / 08.10.2024
2555
Lənkəranda usta faciəli şəkildə ölüb.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun kənarında baş verib. Burada dülgər sexinin damını rəngləyən 31 yaşlı Elgün Rza oğlu Rzazadə şiferin qırılması nəticəsində yıxılaraq, xəsarətlər alıb.
O, yerləşdiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.