Vətən müharibəsi iştirakçısı hündürlükdən yıxılıb öldü


Vətən müharibəsi iştirakçısı hündürlükdən yıxılıb öldü

Vətən müharibəsi iştirakçısı işlədiyi yerdə yıxılaraq ölüb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Bəlləbur kəndində baş verib.

 

Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü Elgün Rza oğlu Rzazadə işlədiyi emalatxanada yıxılıb.

 

O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

 

Vəziyyəti ağır olan E. Rzazadə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, həyatını itirən Elgün Rzazadə Vətən müharibəsi iştirakçısı olub və Şuşa uğurunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə medalla təltif olunub.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Çində cəhənnəm çuxurunda sirli meşə aşkar edildi - FOTO

Çində cəhənnəm çuxurunun dibində qədim bir meşə yerləşir. Yerli mağarada araşdırma aparan bir qrup alim tərəfindən Çin geoparkında yeraltı tapıntı aşkar edilib....

Qızını 48 il əvvəl itirən ana hökumət və Uşaq Evinə qarşı təzminat davası açdı

48 il əvvəl qızı yoxa çıxan ana hökuməti və uşaq evini məhkəməyə verib. 2019-cu ildə edilən DNT testi nəticəsində itkin qızına qovuşan qadın, hadisədə səlahiyyə...

Toy günü tərk edilən gəlin həyatının sevgisini tapdı - FOTOLAR

2022-ci ilin sentyabrında keçmiş nişanlısı Kallum Norton toylarına gəlməməsi 29 yaşlı Kayli Stidə həyatının ən pis günlərindən birini yaşadıb.   Daha s...

Vətən müharibəsi iştirakçısı hündürlükdən yıxılıb öldü

Vətən müharibəsi iştirakçısı işlədiyi yerdə yıxılaraq ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Bəlləbur kəndində b...

Polisin körpə balinanı anası ilə birlikdə güllələməsi narazılığa səbəb oldu - FOTO

Britaniya polisi Temza çayında ilişib qalan gənc balinanı xilas etmək mümkün olmadığı üçün onu vurmaq məcburiyyətində qalıb. Hadisə Kanvey adasının (Esseks) yax...

Ermənilərin törətdiyi növbəti Gəncə terrorundan 4 il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.   Sfera....