Gəncədə üç minik avtomobili toqquşub

Gəncədə üç minik avtomobili toqquşub

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

Belə ki, "Hyundai", VAZ-2107 və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bizim Instagram


OXŞAR XƏBƏRLƏR