Sumqayıtda 23 yaşlı gənc faciəvi şəkildə ÖLDÜ
Hadisə
13:40 / 06.10.2024
3134
Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş "Alüminum zavodu" ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vurub.
23 yaşlı gənc hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.