Lənkəranda ağır qəza - Ölən xəsarət alanlar var - FOTO

Lənkəranda ağır qəza - Ölən və xəsarət alanlar var - FOTO

Lənkəranda bu gecə ağır yol qəzası olub.

 

Sfera.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 5 nəfər gəncin olduğu “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxıb yol kənarındakı kommunikasiya xətlərinə (işiq, qaz), sonra həyətyanı hasara çırpılıb.

 

Qəzada avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

 

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

 

 

 


OXŞAR XƏBƏRLƏR