Naxçıvanda taxıl sahələri YANDI

Naxçıvanda taxıl sahələri YANDI

04-05 oktyabr tarixlərində günün müxtəlif saatlarında Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayon Əlincə kəndində ot bağlamalarında, Şahbuz rayon Şahbuzkənd, Şərur rayon Kürçülü, Maxta və Babək rayon Nəzərabad kəndlərində biçilmiş taxıl sahələrində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

 

Sfera.az xəbər verir ki, dərhal Culfa, Şahbuz, Şərur, Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın hadisələri nəticəsində Şahbuzkənddə 1800 m² biçilmiş taxıl sahəsi yanıb, 200 m² sahə yanğından mühafizə edilib. Kürçülü kəndində 2000 m² biçilmiş taxıl sahəsi və 2000 m² biçilmiş yonca sahəsi yanıb, 5000 m² biçilmiş taxıl sahəsi və 5000 m² biçilmiş yoca sahəsi yanğından mühafizə edilib. Maxta kəndində 60 kq ot bağlaması və 1000 m² biçilmiş taxıl sahəsi yanıb, 990 kq ot bağlaması və 19000 m² biçilmiş taxıl sahəsi mühafizə olunub. Nəzərabad kəndində isə 10000 m² sahə yanğından mühafizə edilib.


OXŞAR XƏBƏRLƏR

Cüdoçumuz finala vəsiqə qazandı

Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.   Sfe...

Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan ...

Murad Dadaşov uzun müddətdən sonra həyat yoldaşı ilə tədbirdə - FOTO

Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşovun həyat yoldaşı Aytən xanımla fotosu yayılıb.    Sfera.az axşam.az-a istinadən ...

İstanbulda həyat bahalaşır - Bir ailənin yaşaması üçün nə qədər pul lazımdır?

İstanbul Planlaşdırma Agentliyinin məlumatlarına görə, Türkiyənin ən böyük şəhəri olan İstanbulda sentyabrda dörd nəfərlik bir ailənin orta yaşayış xərcləri bir...

İlham Əliyev deputatı təltif etdi - FOTO

Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam...

Bu ölkədə bütün oyunlar təxirə salındı

Bosniya və Herseqovina çempionatnın bütün oyunları təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə Futbol Federasiyası məlumat yayıb. Belə ...