Bakıda evdə yanğın- VİDEO

Hadisə
22:31 / 04.10.2024
3209
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ünvanında fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Sfera.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ünvanında fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə FHN-dən bildirilib.