Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Kateqoriya məlum deyil
T
Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Sfera.az xəbər verir ki , hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






