Yolu keçmək istəyən piyadanı maşın vurdu

Yolu keçmək istəyən piyadanı maşın vurdu

Paytaxtın Xətai rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

Sfera.az xəbər verir ki, hadisə ötən gün saat 10:40 radələrində qeydə alınıb. 

 

Belə ki, sürücü Zamiq Abbasov idarə etdiyi “Toyoto” markalı avtomobillə 8 Noyabr prospekti ilə hərəkətdə olarkən piyada qismində yolu keçməyə çalışan Sahib Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR