Yaşayış binasında PARTLAYIŞ - Xəsarət alan var

Kateqoriya məlum deyil
T
Gəncədə yaşayış binasında partlayış olub, xəsarət alan var.
Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən beşmərtəbəli binada qeydə alınıb.
Mənzildə qaz sızması nəticəsində baş vermiş partlayış nəticəsində 1940-cı il təvəllüdlü Taflina Şamil qızı Orucova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.






