Bakıda yük avtomobili dərəyə yuvarlandı - ölən var

Bakıda yük avtomobili dərəyə yuvarlandı - ölən var

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, qəza paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, yol-nəqliyyat qəzası nəticəsində yük avtomobili dərəyə yuvarlanıb. Sürücünün meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 


OXŞAR XƏBƏRLƏR