Bakıda beş avtomobil toqquşub: Ölən var -FOTOLAR

Bakıda beş avtomobil toqquşub: Ölən var -FOTOLAR

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az APA-ya istinadən bildirir ki, hadisə aeroport şosesinin Suraxanı rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

 

Əvvəlcə "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkət edən "Nissan" markalı maşına çırpıb.

 

Nəticədə maşınlara çox ciddi ziyan dəyməyib.

Lakin eyni istiqamətdə olan "Mercedes" markalı digər avtomobil yüksək sürətlə qəzaya uğramış maşınlara çırpılıb.

 

Ardı ilə digər "Hyundai" və Chevrolet" markalı maşınlar da qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıblar.

 

Avtoqəza zamanı "Opel"in sürücüsü hadisə yerində ölüb.

 

Qəza ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
 

Məqaləyə dair fotomateriallar:

  •  

OXŞAR XƏBƏRLƏR

Arıqlamaq üçün sirkə turşusu içdi, öldü

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb.   Sfera.az Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər İnşa...

Şirvanda faciə - Ata və oğul kollektor sularında boğuldu

Baş Şirvan kollektorunda iki nəfər boğulub.   Sfera.az xəbər verir ki, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. ...

İmişlidə ağır qəza - Üç nəfə dünyasını dəyişdi

İmişlidə 3 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.   Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saat 12:00 radələrində baş verib.   ...

Krımda partlayışlar: Kerç körpüsü bağlandı

Krımda baş verən bir sıra partlayışlar səbəbilə Kerç körpüsü müvəqqəti olaraq bağlanıb. Hadisə, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin gərgin məqaml...

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək - Mikayıl Cabbarov

“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.   Sfera.az APA-ya istinadən xəbər verir...

Ermənistan-Amerika birgə hərbi təlimlərə başlayır - Tarix açıqlandı

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.   Sfera.az Sözcü-yə&n...