Toydan qayıdanlar qəzaya düşdü - Yaralılar var - FOTO

Toydan qayıdanlar qəzaya düşdü - Yaralılar var - FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran-Boradigah-Masallı yolunda, rayonun Girdəni kəndi ərazisində baş verib.

 

Belə ki, hərəkətdə olan "Mercedes" marakalı minik avtomobilləri toqquşub, daha sonra nəqliyyat vasitələrindən biri yol kənarındakı kanala aşıb.

 

Qəzada dörd nəfər 1948-ci il təvəllüdlü Nəsibə Ağayeva, 1982-ci il təvəllüdlü Xəyalə Ramizli,1957-ci il təvəllüdlü Arifə Fərzullayeva və 2006-cı il təvəllüdlü Həsən Fərzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, xəsarət alanlar toydan gəlirmiş.

 

Faktla bağlı araşdırma aparılır.
 

Məqaləyə dair fotomateriallar:

  •  

OXŞAR XƏBƏRLƏR