Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürüldü, saxlanılan var


Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürüldü, saxlanılan var

Yevlax şəhər ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb.

 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR