Məhkəmədən Əziz Orucov ilə bağlı QƏRAR

Məhkəmədən Əziz Orucov ilə bağlı QƏRAR

"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

 

Bu barədə Sfera.az-a onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.

 

O bildirib ki, Ə.Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Səbail Rayon Məhkəməsində verilib.

 

Həmçinin məhkəmənin digər qərarı ilə "Kanal13" internet televiziyasının əməkdaşı Şamo Emin barəsində olan həbs qətimkan tədbiri də daha üç ay uzadılıb.

 

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

 

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR

Pilot havaya qalxdıqdan üç dəqiqə sonra huşunu itirdi: Sərnişinlərə nə oldu?

İçərisində 37 sərnişin və 4 ekipaj üzvü olan KLM təyyarəsinin pilotu qəfil huşunu itirib. Sfera.az xəbər verir ki, insident uçuşdan cəmi üç dəqiqə sonra, t...

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kemerovo vilayətinin Taştagöl rayonunda güclü zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizik...

Astarada minik avtomobili dərəyə aşdı, ölən və xəsarət alan var

Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var.   Sfera.az-ın məlumatına görə, hadisə Astara rayonunun dağlıq ərazisində, Üləsi...

Türkiyə qırıcıları bu ölkədə 24 hədəfi məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələrinın qırıcıları İraqın şimalında PKK terror təşkilatının sığınacaqlarına zərbələr endirib.   Sfera.az xəbər verir ki, bu b...

Tramp İranı buna görə ittiham etdi

ABŞ-nin keçmiş prezidenti, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Donald Tramp Nyu-Yorkda tərəfda...

Xankəndi Dövlət Dram Teatrının son halı - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.   Sfera.az-ın&n...