Yeni DƏLƏDUZLUQ ÜSULU: "Ən çox gecə saatlarında edirlər..." - XƏBƏRDARLIQ!

Yeni DƏLƏDUZLUQ ÜSULU: "Ən çox gecə saatlarında edirlər..." - XƏBƏRDARLIQ!

Azərbaycanda daha bir dələduzluq üsulu peyda olub. 

 

Sfera.az xəbər verir ki, bu barədə vəkil Absələddin Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, dələduzlar kiminsə “Telegram” hesabını ələ keçirib onun kontaktlarında olan tanışlarına mesaj yazıb pul istəyirlər:

 

“Pulun köçürülməsi üçün yerli kart nömrəsi verirlər. Həmin kart nömrəsi isə “p2p” kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxslərin olur. Qurban da bilmədən kriptovalyuta satanın kartına pul köçürmüş olur, o da yoxlamadan kriptonu dələduzun cüzdanına ötürür. Beləliklə, dələduzu müəyyən etmək mümkün olmur".

 

A.Əliyev insanları bu məsələlərdə diqqətli olmağa çağırıb:

 

“Ehtiyatlı olmaq lazımdır. Hətta ən yaxın dostunuz yazsa belə, zəng edib dəqiqləşdirmək lazımdır ki, həqiqətən odur, ya yox. Şərəfsizlər bunu ən çox da gecə saatlarında edirlər. Məqsəd insanların yuxulu, sayıqlığı zəif olan anlarından sui-istifadə etməkdir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Miley Cyrus ən populyar mahnısına görə məhkəməyə verildi

Amerikalı müğənni Miley Cyrusa (Mayli Sayrus) ilk “Qremmi” mükafatını qazandıran və onu ABŞ və Böyük Britaniya hit-paradlarında bir nömrəyə çıxaran ...

Pilot havaya qalxdıqdan üç dəqiqə sonra huşunu itirdi: Sərnişinlərə nə oldu?

İçərisində 37 sərnişin və 4 ekipaj üzvü olan KLM təyyarəsinin pilotu qəfil huşunu itirib. Sfera.az xəbər verir ki, insident uçuşdan cəmi üç dəqiqə sonra, t...

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kemerovo vilayətinin Taştagöl rayonunda güclü zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizik...

Astarada minik avtomobili dərəyə aşdı, ölən və xəsarət alan var

Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var.   Sfera.az-ın məlumatına görə, hadisə Astara rayonunun dağlıq ərazisində, Üləsi...

Türkiyə qırıcıları bu ölkədə 24 hədəfi məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələrinın qırıcıları İraqın şimalında PKK terror təşkilatının sığınacaqlarına zərbələr endirib.   Sfera.az xəbər verir ki, bu b...

Tramp İranı buna görə ittiham etdi

ABŞ-nin keçmiş prezidenti, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Donald Tramp Nyu-Yorkda tərəfda...