TIR minik avtomobilini tanınmaz hala saldı: Ölən var

TIR minik avtomobilini tanınmaz hala saldı: Ölən var
Kateqoriya məlum deyil
T

Ucarda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

 

Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayon ərazisindən keçən hissəsində baş verib.

 

Gəncə sakini idarə etdiyi TIR-la hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yol kənarında dayanmış "Mitsubishi" markalı minik avtomobilinə çırpılıb.

 

Hadisə zamanı minik avtomobilinin sürücü Xıdır Ömərov hadisə yerindəcə dünyasını dəyişib. (Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR