Biləsuvarda azyaşlı yol qəzasında ağır xəsarət alıb

Kateqoriya məlum deyil
T
Biləsuvar rayonunda ata avtomobili ilə övladına xəsarət yetirib.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində 2018-ci il təvəllüdlü K.Yəhyayev ağır xəsarətlər alıb.
Azyaşlı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)






