Qonşusunun evini təmir edən kişi yıxılaraq ÖLDÜ

Hadisə
11:00 / 14.09.2024
2981
Şəkidə qonşunun evini təmir edən kişi bədbəxt hadisə nəticəsində ölüb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini 1973-cü il təvəllüdlü Orucov Nəzər İsfəndiyar oğlu qonşusunun evinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan N. Orucov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
N. Orucov xəstəxanada ölüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.(APA)