Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi: Qeydiyyatçı isə...


Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi: Qeydiyyatçı isə...

Bakıda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan gənc həbs edilib.

 

Sfera.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən 25 yaşlı S.Quliyevə hökm oxunub. Məhkəmənin 6 sentyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca qandallanıb.

 

Araşdırmalar zamanı məlum olub ki, S.Quliyev sosial şəbəkələrdən birində Gəncə şəhər sakini olan 15 yaşlı Aytac Səlimova (şərti ad-soyadlı) ilə tanış olub. Bakı şəhərində yaşayan oğlan bir dəfə Gəncəyə gedərək orada 9-cu sinif şagirdi olan qızla görüşüb. Bir neçə gün sonra isə Aytac S.Quliyevə zəng edərək Bakıda nənəsigildə olduğunu, evdə anası tərəfindən sıxıldığını və qaçmaq istədiyini deyib.

 

O, Aytacın olduğu yerə gedərək onu götürüb və paytaxtın mərkəzində "Tarqovıy" adlanan əraziyə gətirib. Burada o, yetkinlik yaşına çatmamış qızla hotellərdən birinə daxil olaraq nömrə icarəyə götürüb.

 

Bundan sonra S.Quliyevlə Aytac dəniz kənarına gediblər və oğlan orada qızı tərk edib. Tək qalan qız daha sonra bacısı ilə əlaqə saxlayaraq yerini bildirib. Ailəsinin yanına qayıtdıqdan sonra S.Quliyevin ona qarşı etdikləri barədə danışıb və polisə şikayət ərizəsi ilə müraciət edilib.

 

Cinayət işi açıldıqdan sonra hoteldə araşdırma aparılıb və kamera görüntüləri əldə edilib. Yetkinlik yaşına çatmayan qızı qeydiyyatsız hotelə buraxan qeydiyyatçı R.Ə.-nin əmək müqaviləsinə xitam verilib.


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...