Gəncə-Daşkəsən yolunda AĞIR QƏZA - Xəsarət alanlar var

Hadisə
18:00 / 11.09.2024
3449
Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az-ın məlumatına görə, "Opel" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində, 1975-ci il təvəllüdlü N.Kərimova, 2012-ci il təvəllüdlü N.İsayeva və daha bir neçə nəfər xəsarət alıblar.
Zərərçəkənlər Göygöl və Gəncə şəhərlərində yerləşən xəstəxanlardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.