Veteran futbol hakimi vəfat etdi
Hadisə
17:11 / 08.09.2024
6638
Əslən Gəncədən olan beynəlxalq dərəcəli hakim, məşqçi-müəllim Novil İsmayılov vəfat edib.
Sfera.az xəbər verir ki, o, ürək tutmasından ölüb.
Qeyd edək ki, Novil İsmayılov 1952-ci ildə anadan olub.
O, ümumittifaq dərəcəli veteran futbol hakimi olub. SSRİ çempionatında “Dəri top” mükafatına layiq görülüb.
Müstəqilllik dövründən 2017-ci ilə qədər hakim-inspektor kimi fəaliyyət göstərib. Fəxri bədən tərbiyə işçisi olub. (Qafqazinfo)