Bank kartlarından oğurluq edənlər saxlanıldılar

Bank kartlarından oğurluq edənlər saxlanıldılar

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinənlər müəyyən olunaraq saxlanılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki,  Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə avqustun 29-da bir nəfərin bank kartından 4000 manatının oğurlanması barədə məlumat daxil olub:

 

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Nəsibov müəyyən olunaraq saxlanılıb. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin bank kartından 720 manatını oğurlamaqda şübhəli bilinən F.Ağayev müəyyən olunaraq saxlanılıb".

 

Məlumata görə, hər iki faktla bağlı araşdırma aparılır. 

 

Günay


OXŞAR XƏBƏRLƏR