Xəstəxanaya SİLAHLI HÜCUM: 5 ağır yaralı

Hadisə
11:05 / 31.08.2024
7675
İstanbulda Bahçelievler Dövlət Xəstəxanasının Təcili yardım şöbəsinə silahlı hücum olub.
Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ağır yaralanıb.
Yaralananlar arasında polis və jandarma əməkdaşı, özəl mühafizə xidmətinin işçisi və iki mülki vətəndaş olub. Bildirilib ki, hücum edən şəxslərin kimliyi məlum deyil.
Faktla bağlı araşdırmalar dava etdirilir.
Ülkər Abdurahmanlı