Qubada AĞIR QƏZA: 1 ölü, 12 yaralı

Hadisə
10:40 / 29.08.2024
7508
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Sfera.az-a DİN-dən bildirilib. Hadisə avqustun 29-u səhər saatlarında baş verib.
“Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Ford" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir” - məlumatda bildirilib.
Günay