Bərdədə 22 yaşlı gənc qəbiristanlıqda qətlə yetirildi


Bərdədə 22 yaşlı gənc qəbiristanlıqda qətlə yetirildi

Saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
 

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


OXŞAR XƏBƏRLƏR