Bakıda avtomobil təmiri sexində yanğın

Kateqoriya məlum deyil
T
Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Sfera.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexinin taxta atmaları və içərisinə yığılan avadanlıqlar 20 m² sahədə yanıb. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






